Dağıstanda 73 uşaq zəhərləndi

  • 2021.01.15 15:30
  • 1052 Baxış
Dağıstanda 73 uşaq zəhərləndi

Dağıstanın Buynaksk şəhərində kütləvi zəhərlənmədən sonra həkimlər evlərdə yoxlamalara başlayıblar.

“İnterfaks”ın məlumatına görə, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Ümumilikdə 196 nəfər həkimə müraciət edib, onlardan 73-ü uşaqdır. Əksəriyyəti uşaq olmaqla 96 nəfər xəstəxanaya yerləşdirilib”, -deyə qurumdan vurğulanıb.


İlkin məlumatlara görə, kütləvi zəhərlənməyə səbəb keyfiyyətsiz su olub.

Yanvarın 14-də mütəxəssislər Buynaksk şəhərinin su təchizatı şəbəkələrinin yuyulmasına və xlorlanmasına başlayıblar, buna görə şəhərə su təchizatı dayandırılıb.

Kütləvi zəhərlənmə faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 238-ci maddəsi (istehlakçıların həyatı və ya sağlamlığı təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlər göstərmək) ilə cinayət işi başlanıb.