Daha 8 koronavirus xəstəsinə cinayət işi başlandı

  • 2021.01.16 15:30
  • 1500 Baxış
Daha 8 koronavirus xəstəsinə cinayət işi başlandı
Ötən gün ev şəraitində müalicə təyin edilən 8 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Medicina.az-a verilən məlumata görə, onlar barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.


Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.