Daha bir deputat koronavirusa yoluxdu FOTO

  • 2020.11.30 13:02
  • 2257 Baxış
Daha bir deputat koronavirusa yoluxdu  FOTO

Milli Məclisin daha bir deputatı koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, millət vəkili Etibar Əliyevin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.



O, hazırda evdə müalicə alır.

Xatırladaq ki, Milli Məclisin 15-dək deputatı koronavirusa yoluxub. Yoluxanlar sırasında Tahir Kərimli, Azər Badamov, Məşhur Məmmədov, Vüqar Bayramov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov, Elnur Allahverdiyev və Məzahir Əfəndiyevin adları var.

Onların əksəriyyəti müalicəsini ev şəraitində davam etdirir.

Bundan başqa, MM Aparatının işçiləri arasında da COVID-19-a yoluxanların olduğu bildirilir.