Daha bir hakim koronavirusa yoluxdu

  • 2021.08.31 11:43
  • 2201 Baxış
Daha bir hakim koronavirusa yoluxdu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.

Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.