Daha bir həkim TƏBİB-dən gileyləndi: "Söhbət “sosiskada deyil, vinimatelni” olmaqdadır"

  • 2021.07.02 17:38
  • 2232 Baxış
Daha bir həkim TƏBİB-dən gileyləndi:  "Söhbət “sosiskada deyil, vinimatelni” olmaqdadır"
Tanınmış həkim-infeksionist Vasif Əliyev sosial şəbəkə hesabında ölkənin səhiyyə qurumlarını diqqətsizlikdə ittiham edib.

Medicina.az xəbər verir ki, Vasif Əliyevin bu etirazına həkimlər də biganə qalmayıb.

Onlardan biri də həkim-infeksionist Natiq Əliyevdir.


Həkim sosial media hesabından öz iradını belə bildirib:

“Necə deyərlər söhbət “sosiskada deyil, vinimatelni” olmaqdadır. Vasif abinin sözlərinə qüvvət bir daha vurğulanan nüanslara toxunmuram, biz tərəfdən istənilən, ən azı sadəcə A4 kağızından ibarət bir dəyər idi. O da çox görüldü və ya biz ümumiyyətlə görülmədik…

Amma ən pikdə, ən qarışıq durumda infeksion işçi qrupunun hər bir üzvü gecə gündüz demədən xəstə baxmaqdan, xəstəxanaları kurasiya, yoxlanış etməkdən, regionlara getməkdənmi deyim, yoxsa günlərlə xəstəxanalarda qalmaqdanmı guya bundan sonra danışsaq nə düzələcək…

Qarşılığı nə oldu? Biz öz adımıza bacardığımız qədər işlədik, ən azından qaçıb gizlənmədik, az-çox sevgi, hörmətimizi qazandıq. Amma bizim üzərimizdən hörmət qazanıb ortalıqda gəzənlər, onlar da ayrı bir dərddir.

Hələ də kovidlə həkimlərimizdən çalışanlar var, varıq. Amma hələ də dekabrın əmək haqqısını almayan həkim yoldaşımızınmı dərdinə yanaq ya bərbad statistik göstərici ilə hər zaman öndə olan şəxslərin ad almasımı bizi yandırsın. İçimiz özümüzü yandırır, çölümüz özgəni…

Əslində biz infeksionistlər heç də çətin adamlar deyilik. Vaxtında biz də çətin əlçatmaz olmalı idik. Bəlkə də, ya da qaçıb gizlənməli idik. Bizim xasiyyətimizdə qaçıb gizlənmək yoxdur. Bunu kim olur-olsun bacarmazdıq. Amma vallah vicdanda yaxşı şeydir…

Az qaldı 2 ildi çalışan bütün günü maarrifləndirmə demədən, TV-dən düşməyib əhalinin söyüş yiyəsi olan biz, yə baxan biz, protokol hazırlayan biz, regionlar lazım olanda qaçan biz, amma dəyər, diqqət, hörmət başqalarına verildi.

Səbəb fikir nə olur-olsun bizim gördüyümüz iş və yol doğru yoldur. Bəzən hər şey əndazəsini keçsə də sadəcə susduq.
Hə doğrudur biz, siz dəyər verdiklərinizdən olmadıq.

Biz bizə bəsik”.