Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu qurumun mətbuat katibi də koronavirusa yoluxdu

  • 2020.12.18 15:39
  • 1076 Baxış
Bu qurumun mətbuat katibi də koronavirusa yoluxdu


“İçərişəhər” Qoruq İdarəsinin mətbuat katibi Səfayə Əhmədova da koronavirusa yoluxub.

Bu barədə S.Əhmədova özü məlumat verib. 4 gündür virusla mübarizə aparan qurum əməkdaşı xəstəxanaya getməkdən imtina etdiyini deyib:

“Onsuz xəstəlik barədə məlumatlıyam. Nə lazımdırsa, ev şəraitində edirəm. Boğulmalar olsa da, özüm-özümü güclü tutmağa çalışıram. Bu xəstəliyə qalib gəlməyin əsas yolu ruh yüksəkliyidir”.