Daha bir ölkə Çin peyvəndindən istifadə edəcək

  • 2021.03.11 11:35
  • 1066 Baxış
Daha bir ölkə Çin peyvəndindən istifadə edəcək
Ukraynada Çinin əczaçılıq şirkəti “Sinovac” tərəfindən hazırlanmış yeni növ koronavirus peyvəndi “CoronaVac”ın istifadəsi təsdiqlənib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini İqor İvaşenko “Facebook”da yayımladığı brifinqdə qeyd edib.

O, ölkədə “AstraZeneca” və “Pfizerdən” sonra “Sinovac”ın COVID-19-a qarşı peyvəndinin istifadəsinin təsdiqləndiyini bildirib.

Kütləvi vaksinasiyaya fevralın 24-də “AstraZeneca” peyvəndi ilə başlayan Ukrayna Çində yerləşən əczaçılıq şirkəti “Sinovac” ilə 2020-ci ilin dekabr ayında 1,9 milyon doza peyvənd üçün razılaşıb.

Qeyd edək ki, Azərbaycanda da koronavirusa qarşı Çinin “Sinovac” (CoronaVac) şirkətinin istehsal etdiyi peyvənddən istifadə edilir.