Daha bir ölkədə maska qadağası ləğv olundu

  • 2022.03.07 17:41
  • 2117 Baxış
Daha bir ölkədə maska qadağası ləğv olundu

Macarıstan hakimiyyəti ictimai yerlərdə məcburi qoruyucu maskaların taxılması qaydasını, eləcə də koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən digər məhdudiyyətləri ləğv edib.

Medicina..az xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin dəftərxanasının rəhbəri Gergey Guiyaş bildirib.

Onun sözlərinə görə, Macarıstan hökuməti bu qərarı uğurlu nəzarət və əhalinin peyvəndlənməsi sayəsində epidemiyanın beşinci dalğasının geri çəkildiyinə görə qəbul edir.

"Bazar ertəsindın etibarən ictimai nəqliyyatda, mağazalarda, ticarət mərkəzlərində, poçt şöbələrində, teatrlarda, kinoteatrlarda, muzeylərdə, həmçinin idman yarışlarınən keçirildiyi məkanlarda məcburi maska ​​taxmaq tələbi ləğv edilir. İctimai iaşə müəssisə işçilərinin də maska ​​taxması tələb olunmayacaq", - hökumətin yaydığı məlumatda qeyd olunub.