Daha bir ölkənin baş naziri koronavirusa yoluxdu

  • 2020.12.09 00:29
  • 1183 Baxış
Daha bir ölkənin baş naziri koronavirusa yoluxdu
Moldovanın baş naziri İon Kikuda COVID-19 aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya çərşənbə axşamı bildirib.


"COVID 19 virusu üçün tipik olan bəzi əlamətlərin yaranması ilə əlaqədar olaraq baş nazir İon Kiku test verdi. Test müsbətdir. Baş nazir distant şəkildə öz vəzifəsinin icrasına davam edəcək", - Boris Xarya özünün feysbukdakı hesabında yazıb.