Daha bir ölkəyə "Hindistan ştammı" yayıldı

  • 2021.06.24 09:44
  • 1434 Baxış
Daha bir ölkəyə "Hindistan ştammı" yayıldı
Slovakiyada koronavirusun mutasiya olmuş növü olan "Delta"ya ("Hindistan ştammı" - red.) ilk yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Facebook"da məlumat yayıb.

Qeyd edilir ki, xəstə Rusiyadan gəlib. O Avropa çempionatının futbol oyunlarına getməyib və insanlarla yaxın təmasda olmayıb. Yeni mutasiyalı virusa yoluxmuş şəxsi hazırda xüsusi təcrid vəziyyətində saxlayırlar.