Bakıda daha bir qadın estetik prosedurun qurbanı olub.
Medicina.az xəbər verir ki, bu barədə plastik cərrah Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, bəzi kosmetoloqlar tərəfindən vurulan hazır preparatlar, bədən dolğuları 3-4 il keçdikdən sonra bədən reaksiyaları nəticəsində fəsadlaşma yaradıb irinləməyə və daha böyük ağırlaşmalara gətirib çıxardır:
"Əyrilikləri düzəltmək və ya hər-hansı bölgəni böyütmək məqsədi ilə bəzi kosmetoloqlar tərəfindən vurulan hazır preparat, bədən dolğuları 3-4 il keçdikdən sonra bədən reaksiyaları nəticəsində fəsadlaşma yaradıb irinləməyə və daha böyük ağırlaşmalara gətirib çıxardır. Öz bədənindən alınan yağ dolğusunu nəzərdə tutmuram! Amma bu ağırlaşmalar olduqdan sonra müalicəsi daha da çətinləşir. Bədən dolğusu etdirmiş hər kəs mütləq əməliyyat yolu ilə bunu təmizləmək üçün plastik rekonstruktiv cərraha müraciət etməlidir".
Cərrah əlavə edib ki, bədən dolğusu ilə sinə implantını müqayisə etmək olmaz:
"Sinə implantı rəsmi sağlamlıq sertifikatları olan məhsuldur. Bədən dolğularının isə rəsmi tibbi təsdiqi yoxdur".
Aygün
Medicina.az