Daha bir qadın estetik qurbanı oldu - VİDEO

  • 2025.10.27 14:15
  • 809 Baxış
Daha bir qadın estetik qurbanı oldu -  VİDEO

Bakıda daha bir qadın estetik qurbanı olub.

Medicina.az xəbər verir ki, bu barədə kosmetoloq Sevinc Xankişiyeva paylaşım edib.

Həkim qeyd edib ki, qadın ucuz olduğu üçün dodağına dolğu etdirib. Nəticədə qadının dodağı göyərib:

"50 manata gözəllik yox, fəsad alırsan. Ucuz dolğunun nəticəsi təəssüf ki, belə olur".

Həkim etibarlı həkimlərə müraciət etmələri ilə bağlı xəbərdarlıq edib.


Aygün
Medicina.az