Daha bir şəhidin övladı doğuldu

  • 2024.02.01 15:18
  • 802 Baxış
Daha bir şəhidin övladı doğuldu

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.

"Medicina" xəbər verir ki, Bakıda doğulan körpəyə Humay adı verilib.

Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.