Daha bir şəhidin övladı dünyaya gəldi

  • 2024.01.23 14:14
  • 650 Baxış
Daha bir şəhidin övladı dünyaya gəldi
Yeni Klinikada antiterror şəhidi Vüsal Sumbatzadənin övladı dünyaya gəlib.


"Medicina" xəbər verir ki 39-cu həftəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn oğlan uşağının, çəkisi 2.750 kq, boyu 50 sm-dir.


Körpənin yola salınma mərasimində Yeni Klinika və YAŞAT Fondu əməkdaşları iştirak ediblər.

Şəhid Vüsal Sumbatzadə Barat oğlu 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan l antiterror əməliyyatları zamanı şəhid olub.

Aygün