Dalay Lama peyvənd olundu

  • 2021.03.06 17:56
  • 1967 Baxış
Dalay Lama peyvənd olundu
Hindistanın Dharamsala şəhərində XIV Dalay Lama koronavirusa qarşı peyvənd olunub.

Bu barədə Dalay Lamanın rəsmi veb-səhifəsində deyilir.


Dalay Lamaya hansı peyvənddən vurulması barədə məlumat verilməyib. Hindistanda iki peyvəndin istifadəsinə icazə verilib – "Covishield" ("Oxford" peyvəndinin Hindistan versiyası) və Hindistanın "Bharat Biotech" şirkətinin hazırladığı "Covaxin" peyvəndləri.

Xatırladaq ki, dünya liderlərindən ilk olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ("Pfizer"), daha sonra isə ABŞ Prezidenti Co Bayden peyvənd olunub. Onların ardınca Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Roma Papası Fransisk, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və başqaları vaksinasiyadan keçiblər.