Damarlar üçün ən öldürücü qida açıqlandı

  • 2024.02.06 15:45
  • 877 Baxış
Damarlar üçün ən öldürücü qida  açıqlandı


Qızardılmış istənilən qida damarları məhv edir.


“Medicina” xəbər verir ki, endokrinoloq Yekaterina Yanq hər gün qızarmış qidalar yeməyin ürək-damar sisteminə zərərindən danışıb.

“Qızardılmış qidada hidrogenizə olunmuş formada trans yağ əmələ gəlir. Bu yağ damarları tıxayır, ateroskleroz yaradır, orqanizmdə daim xroniki iltihab mühiti yaradır.

Bu isə xroniki xəstəlik və xərçəngin səbəbidir.

Belə transyağlar un məmulatları, tort, peçenye, çipslərdə də olur.

Bu qidalar hətta yağlı ət və kolbasadan da çox zərər vurur.

Damarların sağlamlığını qorumaq üçün rasiona gündəlik kahı, avokado, sarımsaq, balıq, sitruslar əlavə etmək lazımdır”.

Aygün Musayeva