Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damarları 30% açan təbii şirə

  • 2025.07.31 18:35
  • 152 Baxış
Damarları 30% açan təbii şirə


Damarlarda divar qalınlığının artması ürək-damar xəstəliyi və insult daxil olmaqla təhlükəli ağırlaşmaların səbəbkarıdır.


“Medicina” xəbər verir ki, qan damarlarında tıxanmalar yüksək xolesterol, xüsusən də "pis" LDL xolesterolu ilə əlaqələndirilir.

Bu, ateroskleroz üçün əsas risk faktorudur, ateroma adlanan yağlı maddələrin yığılması ilə yaranan patoloji vəziyyətdir.

Damarların daxili divarlarında toplanan belə lövhələr qanda dövr edən müxtəlif maddələrdən (kalsium, xolesterin, hüceyrə tullantıları və digər komponentlər daxildir) ibarətdir.

Lövhələrin meydana gəlməsinə cavab olaraq, bədənin hüceyrələri tıxanmış damarların vəziyyətini pisləşdirə bilən maddələr buraxır.


Alimlər xolesterinin səviyyəsini aşağı salmaq qabiliyyətinə dair ümidverici bir şirəni tədqiq ediblər..

Onlar nar yeyən və ya şirəsi içən xəstələrdə arterial = lövhənin qalınlığında nəzərəçarpacaq dərəcədə azalma müşahidə ediblər. Nəticələr göstərdi ki, nar şirəsi içən insanlarda yuxu arteriyasının qalınlığı 30 faiz azalıb.

O da qeyd olunub ki, bir il nar şirəsi içdikdən sonra xəstələrin sistolik qan təzyiqi 12 faiz azalıb.

Alimlər hesab edirlər ki, narın tərkibindəki polifenollar ürəyin və qan damarlarının daxili qişasının funksiyası yaxşılaşır.


Mütəxəssislər xolesterinin yığılmasının qarşısını almaq üçün doymuş yağlarla zəngin qidaların istehlakını azaltmaq, tərkibində həll olunan lif olan daha çox tərəvəz və meyvələr yeməyi tövsiyə edir.

Doymuş yağlar bağırsaqlarda qalın gelə çevrilir, həzmi ləngidir və yağları saxlayır, onların sorulmasına mane olur. Qoz-fındıq, toxum və bitki yağlarında bol olan bitki sterolları və stanollar da orqanizm tərəfindən udulan xolesterinin miqdarını azalda bilər.


Aygün Musayeva