Daz kişilər infarkta meyillidir - Məşhur həkim

  • 2023.10.02 22:18
  • 1345 Baxış
Daz  kişilər infarkta meyillidir   - Məşhur həkim

Həkimlər genetik olaraq infarkt və insulta meyilli kişilərin ümumi cəhətlərini açıqlayıblar.


“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov daz və keçəlləşməyə meyilli kişilərin daha çox infarkt və insulta meyilli olduğunu bildirib.

“Çünki tüklərin tökülməsi damarlarda aterosklerozun olmasını göstərir.

Eləcə də sutkanın müxtəlif vaxtlarında yuxuya gedən, gecə yuxusunu normal almayan, çox az yatan insanlarda da insult riski yüksəkdir. Bu adamların damarlarında 2 dəfə artıq xolesterin tıxacları yarana
bilir.

Orqanizmi infarkt, insultla üz-üzə qoyan digər məqam qalxanvari vəzlə problemdir. Çünki hormonlar xolesterin sintezində rol oynayır. Əgər vəz zəif işləyirsə, orqanizm kompensasiya məqsədilə xolesterini aktiv şəkildə ehtiyata yığır.

Çox stress, iltihab da ateroskleroz əmələ gəlməsinə səbəb olur”.


Aygün Musayeva