Deksametazon hansı xəstələrə nə vaxt vurulur?

  • 2021.10.04 17:07
  • 29494 Baxış
Deksametazon hansı xəstələrə nə vaxt vurulur?



İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronaviruslu xəstələrdə effektiv təsir etməsi barədə Amerika və Avropa institutları məlumat verəndən sonra Azərbaycanda da həkimlər ağır koronavirus xəstələrində bu dərmandan istifadə etdiklərini bildirib.

Bundan sonra nəinki yüngül xəstələr, hətta adi qrip olan və ya heç xəstələnməyən insanlar apteklərdən bu dərmanı qutu-qutu almağa başlayıb.

Həkimlər isə bu hormonal preparatın normal orqanizmə dəhşətli fəsadlar verəcəyindən narahatdır. Bu dərman yalnız o halda istifadə olunur ki, artıq xəstə ölümlə qalım arasındadır və digər əks zərərlər əhəmiyyət daşımır.


Medicina.az deksametazonun koronavirus xəstələrində effekti barədə ilk geniş elmi təcrübəni keçirən Oksford Universitetinin tədqiqatını təqdim edir.


Onlar pandemiyanın əvvəlindən 11 000 koronavirux xəstəsu üzərində qızıl standart hesab edilən RECOVERY araşdırması aparıblar.

Burada həkimlər təyinatında koronavirus olmayan bir çox dərmanları təlimatdan kənar olaraq ağır koronavirus xəstələri üzərində sınayıblar. Bunlardan ən yaxşı nəticə verəni deksametazon olub.
2104 nəfər ağır xəstələrə 10 gün ərzində aşağı dozada bu dərmandan verilib. Bu qrupu digər bu dərman tətbiq olunmayan 4321 xəstə ilə müqayisə ediblər.


Məlum olub ki, steroid dərman qəbul edən süni tənəffüs aparatına qoşulmuş xəstələrdə ölüm 30% azalmışdır.
Lakin özü nəfəs alan orta ağır və yüngül xəstələrdə deksametazon heç bir effekt verməmişdir.

Buna görə də indi bu dərman İVL aparatına qoşulmuş ölüm-dirim savaşında olan xəstələrə aşağı dozalarda tətbiq oluna bilər.

Artıq ÜST bu nəticəni “tibdə həyat qurtaran elmi inqilab” kimi dəyərləndirib.


Deksametazon 1960-cı ildən icad edilib, autoimmun, revmatik artrit, sistem qudeşənəyi, astma və allergik xəstəliklərdə istifadə edilir.