Delta ştamm Alfa, Beta, Qamma variantlarını sıxışdıraraq, aradan çıxarıb

  • 2021.09.22 17:07
  • 1206 Baxış
Delta ştamm  Alfa, Beta, Qamma variantlarını sıxışdıraraq, aradan çıxarıb


Dünyanın 185 ölkəsində dominant koronavirus ştammı Deltadır.

Medicina.az xəbər verir ki, Delta virusun bütün digər variantlarını tam həmişəlik aradan çıxarıb.

Hazırda dünya üzrə bütün yoluxanların cəmi 1%-i digər mutasiya və klassik ştamma tutulub. 99% delta ştammının daşıyıcısıdır.

Bu barədə ÜST mütəxəssisləri mətbuat konfransında açıqlayıb.

Delta ilk dəfə 2021-ci ilin martında Hindistanda qeydə alınıb.

İldırım sürətli mutasiyanın sirri onun repriduktivliyinin əvvəlki koronavirusdan 2-3 dəfə yüksək olmasındadır.

Delta ştamm xəstəxanaya yerləşdirilən və ağırlaşan xəstələrin də sayını artırdı.

Delta ştamm Alfa, Beta, Qamma variantlarından da güclü çıxdı.

Hind mutasiyası insan populyasiyasına ən yaxşı uyğunlaşan ştamm oldu.