Delta ştammı görmə və eşitmə zəifliyi yaradır - Həkim

  • 2021.07.31 16:40
  • 1267 Baxış
Delta ştammı görmə və eşitmə zəifliyi yaradır  - Həkim

“Delta” ştammı digərlərindən simptomları ilə fərqlənir. Belə ki, bu ştamma yoluxan şəxslərdə görmə zəifliyi, eşitmə zəifliyi yarana bilər.

Medicina.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində infeksionist Ləman Qalimova məlumat verib.

O bildirib ki, virusun ölkəmizdə yayılma ehtimalı yüksəkdir, çünki qonşu ölkələrdə artıq virus yayılır:

“İnsanlar maksimum özlərini qorumalıdır. Gigiyena qaydalarına riayət etməli, insanların sıx toplaşdığı məkanlardan uzaq qalmalıdırlar. Əsas olan odur ki, vaksin aşkarlanıb və bu virusdan xilas yolu deməkdir”.