"“Delta” ştammı sürətlə yayılır, ciddi fikir verməliyik..." - XƏBƏRDARLIQ

  • 2021.07.02 12:11
  • 1248 Baxış
"“Delta” ştammı sürətlə yayılır, ciddi fikir verməliyik..." -  XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Medicina.az -ın məlumatına görə, o, bəzi yumşalda tədbirlərinə arxayanlaşmamağın vacibliyinə toxunub.


ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır:

“Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.