"Delta" variantı vaksinasiya olmayanlar arasında yayılır - Professor

  • 2021.07.14 14:42
  • 1412 Baxış
"Delta" variantı vaksinasiya olmayanlar arasında yayılır -  Professor
“Delta” ştammı daha çox vaksin olunmayanlar arasında yayılır”.

Medicina.az xəbər verir ki, bunu türkiyəli professor Levent Akın deyib:

““BioNTech”in ingilis variantı alfa və Hindistan variantı deltaya qarşı təsirli olması ilə bağlı araşdırmalar var. İngiltərədə aparılan araşdırmalara görə, “Delta” ştammı vaksinasiya olunmayanlar arasında daha çox yayılır. Bu ölkədə əhalinin 30-35 faizi peyvənd vurdurmayıb. “Delta” variantı da bu qrupda daha sürətlə yayılır. Təbii ki, vaksinasiya olunanlar arasında da yoluxma halına rast gəlinir. Amma peyvənd vurdurmayanlar arasında daha geniş yayılıb. Düşünürəm ki, 2 doza vaksin olunmaq yoluxma sayını qısa müddətdə azaldacaq”.