Dəmir çatışmazlığı insanın görünüşünü necə dəyişir? – Əlamətlər

  • 2023.04.12 14:08
  • 1643 Baxış
Dəmir çatışmazlığı insanın görünüşünü necə dəyişir?  – Əlamətlər
Dəmir çatışmamazlığı insanın xarici görünüşünə mənfi təsir edir. “Medicina” xəbər verir ki, ÜST ekspertlərinin hesablamalarına görə, planetin hər üçüncü sakini dəmir çatışmazlığı anemiyasından əziyyət çəkir.

Evdə güzgüyə baxaraq, bu mineralın çatışmazlığından şübhələnmək olar.

Həkim Olqa Malinovskaya bildirir kidəmir bir çox proseslərdə iştirak edən iz elementidir. Hemoqlobinin bir hissəsidir, əsas funksiyası oksigenin daşınması, bütün orqan və toxumalara çatdırılmasıdır. Dəmir çatışmazlığı toxumalara oksigen tədarükünün pozulmasına gətirib çıxarır ki, bu da ümumi əhvala yaxşı təsir göstərmir.

O birləşdirici toxumanın vacib komponenti olan kollagenin və xoşbəxtlik və sevinc hormonu kimi tanınan serotoninin sintezi üçün vacibdir.

Dəmir çatışmazlığı müxtəlif nəticələrə səbəb olur: idrak funksiyasının pozulması, daimi yorğunluq ilə müşahidə olunur.

Dəmir çatışmazlığı anemiyası uşaqlar da daxil olmaqla hər yaşda olan insanlara təsir göstərir. Ən həssas olanlar xroniki xəstəliklərdən əziyyət çəkənlər, həmçinin hamilə qadınlardır. Digər bir risk qrupu vegetarian pəhrizə riayət edən insanlardır. Onların qidasında bu mikroelementin mühüm mənbəyi olan heyvan mənşəli məhsullar yoxdur.

Dəmir çatışmazlığının əlamətləri qeyri-spesifikdir:

  • insanlar güclü yorğunluq yaşayır;
  • tez-tez iştahsızlıqdan əziyyət çəkir;
  • baş ağrıları olur


  • Bundan əlavə, çatışmazlıq fonunda görünüşdə dəyişikliklər baş verə bilər:
  • dırnaqlar qırılır
  • saçlar tökülür;
  • dəri quruyur;
  • ağzın künclərində çətin sağalan yaralar görünür.


  • Dəmir çatışmazlığını qismən ya birdəfəlik aradan qaldırmaq üçün rasionunuza bunları əlavə edin:
  • kahı
  • alma,
  • paxlalılar,
  • brokkoli,
  • qarabaşaq yarması
  • Mal qaraciyəri
Dəmir çatışmazlığı anemiyası ilə tez-tez baş verən əlamətlərdən biri yeyilməyən bir şeyi yemək istəyidir. İnsanlar təbaşir və ya buz gəmirməyə, gil yeməyə başlayırlar. Beləliklə, şüursuz olaraq bir mikroelementin çatışmazlığını kompensasiya etməyə çalışırlar.


Günay Quliyeva