Sol əlin uyuşması ürəklə bağlıdır? - Kardioloqdan açıqlama

  • 2025.10.22 23:09
  • 90 Baxış
Sol əlin uyuşması ürəklə bağlıdır? -  Kardioloqdan açıqlama

"Bizə ən çox edilən müraciətlərdən biri əllərdə uyuşma ilə bağlıdır".

Medicina.az xəbər verir ki, bunu invaziv kardioloq Üzeyir Rəhimov bildirib.



Həkimin sözlərinə görə, əllərdə uyuşma ürəklə bağlı deyil:

"Əllərdə uyuşmanın ən çox görülən səbəbi sinirdir. Birincisi, karpal tunel dediyimiz əl biləyində damarının sıxışmasıdır. Daha sonra yuxarıya doğru dirsəkdə sıxışmasıdır. Bundan da yuxarıda onurğa sütünundakı disk sürüşmələri, yırtıqlarına bağlı sinir problemləridir. Bundan əlavə, şəkər xəstələrində də sinir tutulumu çox olduğu üçün əllərində uyuşma hiss edə bilərlər. Həmçinin, B12 əskikliyi, tiroid xəstəliklərində də görülə bilər. Ona görə də belə probleminiz varsa, nevroloqa müraciət etməyiniz tövsiyə edilir".

Aygün
Medicina.az