Azərbaycanda sentyabr ayında nikahdan əvvəl 9703 nəfər tibbi müayinədən keçib.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müayinələrin nəticələrinə əsasən, 305 nəfərdə talassemiya daşıyıcılığı müəyyən edilib. Hər iki tərəfdə daşıyıcılıq aşkar edilən 3 cütlük üzrə müvafiq genetik məsləhət xidmətləri göstərilib.
Qeyd edilib ki, cinsi yolla keçən bəzi infeksiyalar 63 nəfərdə və 5 nəfərdə QİÇS halı da aşkarlanıb.
Ümumilikdə, qeydiyyata alınan göstəricilər müvafiq tibbi nəzarətə götürülüb və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.