Dünyada müəmmalı pnevmoniya yayılır

  • 2025.10.24 08:36
  • 230 Baxış
Dünyada müəmmalı pnevmoniya yayılır


Argentinada artıq 3 nəfərin həyatına son qoyan müəmmalı pnevmoniya qeydə alınıb. Mütəxəssislər koronavirus, hantavirus və qripi istisna ediblər: bu tamam başqa xəstəlikdir.



“Medicina” xəbər verir ki, Səhiyyə rəsmiləri daha 6 nəfərin yoluxduğunu iddia edirlər. Mənşəyi məlum olmayan pnevmoniya Argentinanın Tucuman bölgəsindəki özəl xəstəxananın reanimasiya şöbəsində tibb işçiləri və daha bir xəstənin həyatına son qoyub.

Laboratoriya testləri göstərib ki, pnevmoniya koronavirus, hantavirus və ya qripdən qaynaqlanmır. Qəribə xəstəlik tez-tez yeni viruslara ilk yoluxan tibb işçiləri arasında yayıldığı üçün bu, hansısa infeksiyanın səbəb olduğunu göstərir.

2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sonradan koronavirus kimi müəyyən edilən sirli ağciyər xəstəliyinin ilk halları bildirildi. Bu günə qədər COVID-19 6,5 milyondan çox insanın həyatına son qoyub və bu, 1918-ci ildəki ispan qripindən sonra ən pis pandemiyaya çevrilib.


Aygün Musayeva