Dəmir çatışmazlığının ilk əlamətləri – Yorğunluqdan başqa nələrə diqqət etməli?

  • 2026.07.09 23:17
  • 216 Baxış
Dəmir çatışmazlığının ilk əlamətləri –  Yorğunluqdan başqa nələrə diqqət etməli?

Dəmir çatışmazlığı dünyada ən çox rast gəlinən qidalanma problemlərindən biridir. Erkən mərhələdə əlamətlər yüngül ola bilər və çox vaxt diqqətdən kənarda qalır.

Medicina.az dəmir çatışmazlığının əlamətlərini təqdim edir:

- Davamlı yorğunluq və halsızlıq
- Dərinin solğun görünməsi
- Başgicəllənmə və baş ağrısı
- Nəfəs darlığı və ürəkdöyünmə
- Dırnaqların kövrəkləşməsi
- Saç tökülməsi
- Diqqətin azalması və öyrənmə çətinliyi
- Buz, torpaq və ya nişasta kimi qida olmayan maddələri yemək istəyi (pika)

Kimlər risk altındadır?

- Hamilə qadınlar
- Körpələr və yeniyetmələr
- Güclü menstrual qanaxması olan qadınlar
- Vegetarian və vegan qidalanan şəxslər
- Xroniki qan itkisi olan insanlar

Dəmir çatışmazlığı yalnız analizlə dəqiqləşdirilə bilər. Özbaşına dəmir preparatı qəbul etmək düzgün deyil. Səbəbi müəyyən etmək və uyğun müalicəni seçmək üçün həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və vaxtında müalicə həm həyat keyfiyyətini artırır, həm də ağırlaşmaların qarşısını alır.

Aygün
Medicina.az