Dərdlərə dərman – Cəfəri çayının hazırlanması

  • 2020.10.30 18:40
  • 86918 Baxış
Dərdlərə dərman  – Cəfəri çayının hazırlanması

Orqanizmin filtri olan böyrəkləri cəfəri çayından başqa heç nə gözəl təmizləyə bilməz.
Bədəndə toksinlərin çoxalması insanı zəif və xəstə edir.
Buna görə də ayda 1-2 dəfə cəfəri çayı içmək lazımdır.

Medicina.az onun reseptini təqdim edir.

Bu çay böyrəklərdə daşı, qumu, çöküntünü təmizləyir, sidik ifrazını artırır, sidik yollarını yuyur. Eyni zamanda təşviş, panik, əsəblə mübarizə aparır.

1 dəstə təzə cəfəri
8 stəkan təmiz su
2 xörək qaşığı təmiz bal
yarım limonun suyu

Göyərti təmiz yuyulub, iri doğranılır.

Kiçik qabda su qaynara salınır. Qaynara düşən kimi cəfəri əlavə olunub, qaz azaldılır. 5-7 dəqiqə zəif odda dəmlənir.
Sonra süzülüb, soyudulur.

İlıq halda limon suyu və bal əlavə edilib içilir.
Gündə 2 fincan içmək kifayətdir.

Gecə yatana yaxın içməyin