Əncir təkcə ləzzətli meyvə deyil, həm də şəfa mənbəyidir.
Medicina.az xəbər verir ki, əncirin budağından darananda axan ağ süd əsrlər boyu dəri sağlamlığı üçün istifadə edilən təbii qulluq vasitəsi kimi tanınır.
Əncir südü müntəzəm olaraq tətbiq edildikdə dərinin cavanlaşmasına kömək edir və ləkələrdən tutmuş sızanaqlara qədər müxtəlif problemlərə qarşı təsirli olur.
ƏNCİR SÜDÜNÜN FAYDALARI
Tərkibindəki fermentlər sayəsində əncir südü tünd və günəş ləkələrinin görünüşünü azaltmağa kömək edir. Daimi istifadə dəri tonunu bərabərləşdirir, daha parlaq, canlı görünüş verir.
Əncir südü antibakterial xüsusiyyətlərinə görə səpki və sızanaqların yaranmasının qarşısını ala bilər. Xüsusilə iltihablı bölgələrə tətbiq edildikdə, qızartı və şişkinliyi azaltmağa kömək edir.
Məsamələrə dərindən nüfuz edir, qara nöqtələri yumşaldır və onların çıxarılmasını asanlaşdırır. Daimi tətbiq məsamələri sıxmağa kömək edir.
Dəri hüceyrələrinin daha tez bərpasına kömək edir.
Aygün
Medicina.az