Dərmanlar qaraciyərə içkidən də pis təsir edir – Qastroenteroloq

  • 2020.11.25 18:19
  • 2252 Baxış
Dərmanlar qaraciyərə içkidən də pis təsir edir  – Qastroenteroloq

Qaraciyər orqanizmin filtri, laboratoriyasıdır. Dərman, tablet, kimyəvi maddə dozasının zərbəsini ilk növbədə o üzərinə götürür.

Eyni vaxtda bir neçə dərmanın qəbulu qaraciyərə spirtli içkidən də dəhşətli zərbə vurur.

Medicina.az xəbər verir ki, rusiyalı qastroenteroloqlar müasir insanın qaraciyərinin sıradan çıxmasının birinci səbəbkarının digər xəstəlikləri müalicə edərkən 5-6-7 dərmanın eyni vaxtda yazılması və xəstənin qəbul etməsidir.
Eləcə də koronavirusdan müalicə zamanı da xəstələrə çox ağır, qarışıq, çox sayda dərmanlar yazılır.

Elmi araşdırmalara görə, bir insanın 6 və daha çox dərman qəbul etməsi qaraciyəri 20% zədələyir.
Tibdə eyni vaxtda 6-10 adda dərmanın qəbulu Polipraqmaziya adlanır.

Sübut olunub ki, 10 adda dərman qəbul edən insanın qaraciyəri 28% zədələnir.
Həkimlər isə dərman resepti yazdıqda çox zaman qaraciyəri nəzərə almır.

Dünya statistikasına görə ildə 40 000 ölüm dərmanların orqanizmə təsiri və qaraciyəri məhv etməsi səbəbindən olur.
Qaraciyərə toksiki təsir edən 1000dən artıq dərman, qida əlavəsi, itki tərkibli preparat adı məlumdur.

Bəzi vitamin preparatları, bitki tərkibli BAD-lar, arıqlama preparatları da qaraciyəri zəhərləyə bilir.

Daha çox vərəm, ürək damar preparatları, beta blakatorlar, təzyiq dərmanları, antibiotiklər, ağrıkəsicilər, hormonal dərmanlar, şiş dərmanları qaraciyəri yükləyir.

Həkimlər xəstəyə həyati əhəmiyyətli dərmanları düzgün dozada, növbəli verməlidir və orqanizmi maksimum qorumalıdır. Xəstə özbaşına olaraq dərmanlar qəbul etməməlidir. Müalicə ərəfəsində qaraciyər göstəriciləri nəzarətdə saxlanmaldır.