Alimlər diabeti idarə edə biləcək implant yaradıblar.
Texnologiya siçovullar üzərində sınaqdan keçirilib.
“Medicina” xəbər verir ki, Kornell Universitetinin alimləri insulin istehsal edən hüceyrələri əlavə oksigenlə təmin edərək və onları orqanizmin immun hücumundan qoruyaraq, 1-ci tip diabeti uzun müddət idarə edə bilən implantasiya sistemi hazırlayıblar.
1-ci tip diabetdə immunitet sistemi insulin istehsal edən mədəaltı vəzinin adacıqlarını məhv edir. Qlükoza əzələlərə və toxumalara daxil olmur, bu da ciddi ağırlaşmalara səbəb olur. Bu gün xəstəlik gündəlik inyeksiya və ya nasoslarla idarə olunur, lakin bu, uzunmüddətli nəticələrin qarşısını almır.
Əvvəlki implantların əsas problemi yüksək hüceyrə sıxlığında oksigen çatışmazlığından tez ölmələri idi.
Yeni sistem bu problemi həll edir: üzük kəsikli kapsulda hüceyrələr var, mərkəzdə isə qəpik ölçüsündə miniatür elektrokimyəvi oksigen generatoru var.
Kapsul xaricdən immun sistemindən qoruyan membranla, içəridən isə oksigen və qida maddələrinin tədarükü üçün keçirici qabıqla örtülmüşdür.
Tərtibatçılar gözləyirlər ki, gələcəkdə bu, 1-ci tip diabetli milyonlarla xəstəyə hüceyrə transplantasiyası almağa imkan verəcək, şəkərə daha dəqiq nəzarəti təmin edəcək və xəstəliyi müalicə edəcək.
Növbəti mərhələ donuzlar və insan kök hüceyrələri üzərində sınaqlar olacaq.
Aygün Musayeva