Diabet və Vitamin C haqqında bilinən yanlış fikir
Uzun illərdir bir çox insan düşünür ki, yüksək dozada Vitamin C diabet xəstələri üçün təhlükəlidir. Hətta bəzi həkimlər arasında belə bu barədə tərəddüdlər var. Amma müasir araşdırmalar göstərir ki, venadaxili Vitamin C istifadəsi diabet zamanı prinsipial əks-göstəriş sayılmır.
Diabet zamanı orqanizmdə nə baş verir?
Şəkərli diabet zamanı orqanizmdə oksidativ stres artır. Bu isə:
damarların zədələnməsinə,
yorğunluğa,
immun sistemin zəifləməsinə,
yaraların gec sağalmasına,
göz və ürək-damar problemlərinə
səbəb ola bilir.
Məhz buna görə diabet xəstələrinin antioksidantlara, xüsusilə də Vitamin C-yə ehtiyacı daha çox olur.
Vitamin C diabet xəstələrinə necə kömək edə bilər?
Vitamin C güclü antioksidantdır və orqanizmi sərbəst radikalların zərərindən qorumağa kömək edir. Araşdırmalara görə, o:
Hüceyrələri qoruyur
İmmuniteti gücləndirir
Damar sağlamlığını dəstəkləyir
Yaraların sağalmasını sürətləndirir
Yorğunluğu azaltmağa kömək edir
İnsulin həssaslığını yaxşılaşdıra bilir
Heksokinaza fermentini aktivləşdirərək , qlükozanın hüceyrədaxilinə keçməsini yaxşılaşdırır ki, qanda şəkərin azalmasına kömək edir.
Diabet xəstələrində Vitamin C niyə az olur?
Mütəxəssislər bildirirlər ki, diabet xəstələrinin qanında Vitamin C səviyyəsi çox vaxt aşağı olur. Bunun səbəbi:
yüksək şəkərin Vitamin C-ni daha tez tükətməsi,
böyrəklər vasitəsilə daha çox xaric olunması,
oksidativ stresin artmasıdır.
Bu səbəbdən diabet xəstələri tez-tez halsızlıq, enerji azlığı və gec sağalan yaralarla qarşılaşırlar.
Hansı hallarda xüsusilə faydalı ola bilər?
Venadaxili Vitamin C infuziyaları xüsusilə:
Ayaq yaralarında
Xroniki iltihablarda
Diş əti problemlərində
İmplant sonrası gec sağalmada
Tez-tez infeksiya keçirən insanlarda
faydalı dəstək kimi istifadə oluna bilər.
Vacib məqam:
Yüksək dozada Vitamin C infuziyasından sonra qlükometrlər qan şəkərini yüksək göstərə bilər. Bu onunla əlaqədardır ki,qlükozanın quruluşu Vitamin C- nin quruluşu ilə eynidir, qlikometr bunları fərqləndirə bilmir və səhvən yüksək nəticə alınır.
Bu səbəbdən infuziyadan sonrakı ilk saatlarda ölçülən nəticələrə ehtiyatla yanaşmaq lazımdır.
Diabet zamanı venadaxili Vitamin C istifadəsi əks-göstəriş deyil. Əksinə, düzgün nəzarət və həkim məsləhəti ilə istifadə edildikdə orqanizmə ciddi dəstək ola bilər. Əsas məsələ istifadənin düzgün planlanması və şəkər göstəricilərinin doğru qiymətləndirilməsidir.