Dibçəkdə COVID-19 peyvəndi hazırlayan azərbaycanlı alimin adı ÜST-ün siyahısında

  • 2022.03.31 16:53
  • 1872 Baxış
Dibçəkdə COVID-19 peyvəndi hazırlayan azərbaycanlı alimin adı  ÜST-ün siyahısında

“2020-ci ilin əvvəllərindən etibarən bütün dünyada yayılan COVID-19 pandemiyası dünyanın qabaqcıl alimlərini və şirkətlərini xəstəlik əleyhinə peyvəndlərin hazırlanması istiqamətində fərdi və ya kollektiv çərçivədə birgə işləməyə təşviq edib”.


Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, həmin fəaliyyətlərin nəticəsi olaraq, bəzi peyvəndlər qısa müddət ərzində sınaq mərhələlərinə daxil olub və hətta kliniki sınaqları müvəffəqiyyətlə başa vuraraq ÜST tərəfindən təsdiqlənib.


“Sevindirici haldır ki, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun COVID-19-a qarşı peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib. Qeyd edək ki, peyvəndlərin istehsalı ÜST tərəfindən deyil, özəl şirkətlər tərəfindən həyata keçirilir, təşkilat yalnız sözügedən peyvəndlərin təhlükəsizliyi və effektivliyi ilə bağlı öz rəyini bildirir”, - açıqlamada deyilib.