Həbsxanadan sonra sürətlə arıqlayan türkiyəli fenomen Dilan Polat bir çox sağlamlıq problemi ilə mübarizə aparır.
Medicina az xəbər verir ki, bu yaxınlarda qızı Nildanın ad günündə kamera qarşısına keçən Polat bir-birinin ardınca paylaşımlar edib.
Dilan Polatın arıqlaması izləyicilərinin marağına səbəb olub.
Polata izləyiciləri “kökəl”, “anoreksiya xəstəsisən”, “yemək ye” kimi şərhlər yazıblar.
Fenomen reaksiyalardan sonra həmin kadrları silib və hekayəsində "yaxşıyam" mesajını paylaşıb.
Aygün
Medicina.az