Dildə ağ ərp – Hansı xəstəliklərdə əmələ gəlir?

  • 2020.12.28 18:27
  • 7842 Baxış
Dildə ağ ərp  –  Hansı xəstəliklərdə əmələ gəlir?

Bir çox insanlarda səhər və günduz saatlarında dilin üzərində sərt, qatı ağ ərp olur. Sonra yemək yeyib, su içdikcə o azalır, itir. Bir çoxu bunu ödlə əlaqələndirir. Amma dildə ağ ərpin yaranması normal deyil və bunun bir çox xəstəlik səbəbləri var.


Medicina.az xəbər verir ki, ağ ərp gecə yuxuda ağız boşluğu və həzm yollarındakı bakteriya və göbələklərin aktivləşməsi nəticəsində əmələ gəlir.


Əsasən bu xəstəliklərdə çətinliklə gedən, hər gün əmələ gələn, kəskin və qoxulu ağ ərp yaranır:


- Qastrit, xora – xroniki iltihabi xəstəlik, mədənin selikli qişasının iltihabı
- Bulbit – 12barmar bağırsağın soğanağının iltihabı.
- Mədə turşuluğunun az olması, həzmin zəifləməsi

- Spirtli içki içənlərdə
- Xroniki xəstəliyi olan yaşlı insanlarda

- Öd yollarının diskineziyası – öd kisəsinin fəaliyyətinin azalması, öd yollarının iltihabı, öd durğunluğu
- Xroniki duodenit – 12 barmaq bağırsağın iltihabı, eroziyası
- Enterit – nazik bağırsağın müxtəlif xəstəlikləri

- Kiçik çanaq orqanlarının iltihabi xəstəlkləri, qan dövranı pozulması, spaykalar, infeksion xəstəlikləri
- Boğaz ətində iltihab, angina
- Kandidoz – həm qadın, həm kişilərdə

- Dişlərdə kariyes, çürümə, diş ətinin iltihabı
- Mədəaltı vəz xəstəlikləri
- Bağırsaqda disbakterioz

- Qaraciyərin piylənməsi, toksinləşməsi
- Çox kofe və çay içənlərdə


Göründüyü kimi, dildə ağ ərp daha çox mədə-bağırsaq, həzm orqanları ilə əlaqədardır. Mütləq terapevt və qastroenteroloqa getmək lazımdır.