Artrit bədənin istənilən hissəsində ağrıya səbəb ola bilən xroniki iltihabi vəziyyətdir, lakin bəzən pəhriz əlavələri simptomları yüngülləşdirə bilər.
Yeni elmi tədqiqat zərdəçal əlavələrinin osteoartrit simptomlarını yüngülləşdirməyə kömək edə biləcəyini sübut edib.
Medicina.az xəbər verir ki, həkim Tatyana Zaxarova zərdəçalın artritdə təsirindən danışıb.
" Tədqiqatçılar simptomatik osteoartriti olan 70 xəstəyə zərdəçal əlavəsi və ya plasebo təyin etdilər. 12 həftədən sonra zərdəçal əlavəsi qəbul edənlər daha az ağrı olduğunu bildirdilər".
Zərdəçal diz ağrısı üçün plasebodan daha təsirli idi, lakin diz effuziyasına, sinovitinə və ya qığırdaq tərkibinə heç bir təsir göstərmədi.
Bu tapıntıların klinik əhəmiyyətini qiymətləndirmək üçün daha böyük sınaqlara ehtiyac var.
Hər oynaq müxtəlif qüvvələrə və stimullara fərqli reaksiya verir. Zərdəçal əlavələri diz üçün işləyə bilər, lakin çiyin və ya bilək üçün işləmir. Bundan əlavə, əlavələrin faydalı olsa da, müalicə etmir.
Aygün Musayeva