Donuz orqanları meymuna köçürüləcək

  • 2024.02.14 14:44
  • 689 Baxış
Donuz orqanları meymuna köçürüləcək

Donuz orqanlarının meymuna köçürülməsi uğurlu olarsa, transplantasiyada yeni era başlaya bilər.


"Medicina" xəbər verir ki, Yaponiyada genetik modifikasiya sayəsində ilk donuz doğulub. Məhz bu donuzun orqanları insana köçürülmək üçün uyğundur.

Klinik sınaqlar əvvəlcə meymunlar üzərində aparılacaq.

Donuz orqanlarının insana köçürülməsinin tam təhlükəsizlik məsələləri müzakirə olunur.

Tibbdə 2 dəfə donuz orqanı insana köçürülüb, lakin xəstələr yaşamayıb.

Aygün Musayeva