Duman, çiskin olacaq - Sabahın HAVASI

  • 2020.01.20 13:10
  • 2183 Baxış
Duman, çiskin olacaq -   Sabahın HAVASI
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.