Dünəndən qalma çayı içmək olarmı?

  • 2024.01.31 19:26
  • 1120 Baxış
Dünəndən qalma çayı içmək olarmı?

Dünəndən qalma köhnə çay dəmini səhər içmək orqanizmə zərərlidir.


“Medicina” xəbər verir ki, dietoloq Yelena Solomatina köhnə çaydan zəhərlənmə ehtimalından danışıb.

“Çay dəmləndikdən sonra oksigenin təsirindən bir müddət sonra zərərli birləşmə və bakteriyalar yaranır. Hətta çayın üzərində tünd rəngdə plyonka yaranır, adətən bunlar fincanın içində qəhvəyi ləkələr qoyur.

Patogen bakteriyaların yaranmasını şəkər sürətləndirir.

Köhnə dəmlə zəhərlənmək olmur. Amma orqanizm bu patogen mikroflora ilə mübarizə aparmağa enerjisini sərf edir, resursunu tükədir.


Belə çaydan allergik fon yaranır, bağırsağın işi pozulur. Amma hər şeydən çox köhnə çay qaraciyərə zərər verir, çünki toksinlər orda toplaşır. Hər dəfə köhnə dəm içənlərin qaraciyəri və ürəyi zərər çəkmiş olur”.

Aygün Musayeva