Dünya əhalisinin 3-də biri zəhərli su içir

  • 2024.04.05 21:31
  • 596 Baxış
Dünya əhalisinin 3-də biri zəhərli     su içir

Britaniya alimləri Yer üzündə milyonlarla insanın, hətta bəzi ölkələrdə əhalinin yarısının toksiki mərgümüşlü su içdiyini bildirib.


“Medicina” xəbər verir ki, bu barədə Science of The Total Environment elmi dərgisində yazılıb.


Analizlərə əsasən, çox ölkələr hələ də ÜST-ün köhnəlmiş və qüvvədən düşmüş normalarına əməl edir. O təlimata əsasən suda mərgümüşün yol verilən maksimal dozası milyard 50 mkq-litr olmalıdır.

Bəzi ölkələrdə hətta bu doza belə aşılır. Bunlar Çin, Pakistan, Banqladeş, Nepal, Tailand və digərləridir. Onların əhalisi ümumi dünya əhalisinin 35%-ni təşkil edir.


Mərgümüşün uzun müddət təmiz, içməli suda olması insan sağlamlığında ciddi problemlərə yol aça bilər.

Mərgümüş hər bir orqan və toxumaya çökə bilir.

Diabet, xərçəng, ağciyər, ürək-damar xəstəlikləıri yarada bilər.

Tədqiqatda çay və yemək hazırlanan sulara 20-30-50 mkq-litr mərgümüş olan, eləcə də təhlükəsiz doza milyard kuba 0.2 hissə olan ölkələri təyin edib.


Alimlər dövlətlərə, hökümətlərə içməli suda mərgümüşün miqdarına nəzarət etməyi, düyü çox yeyən insanlara onu daha çox miqdar suda qaynatmağı tövsiyə edir.


Çünki mərgümüş ən çox düyüyə hopur.

Aygün Musayeva