Dünya əhalisinin hər 40 nəfərindən biri koronavirusa yoluxub

  • 2021.08.06 15:55
  • 1579 Baxış
Dünya əhalisinin hər 40 nəfərindən biri  koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxanların ümumi sayı 200,2 milyonu keçib.

Yoluxanların sayının faizlə nisbəti isə dünya əhalisinin 2,5 faizindən çox olub. BMT-nin açıqladığı rəqəmlərə əsasən dünya əhalisinin 7,875 milyar nəfər olduğunu nəzərə alsaq, rahatlıqla demək olar ki, indiyə qədər dünyadakı hər 40 nəfərdən biri koronavirusa yoluxub.

Yoluxma hallarının ümumi sayının 50 faizinə yaxını beş ölkənin – ABŞ, Hindistan, Braziliya, Rusiya, Fransanın payına düşür.