Dünya Səhiyyə Təşkilatı koronavirus barədə qərar verdi

  • 2020.01.25 17:12
  • 3945 Baxış
Dünya Səhiyyə Təşkilatı koronavirus barədə qərar verdi


Dünya Səhiyyə Təşkilatı Cenevrədə fövqəladə toplantısında yeni koronavirusun qlobal təhlükəli olub-olmaması barədə müzakirələr aparıb.


Medicina.az xəbər verir ki, 16 virusoloq, epidemioloqun qatıldığı toplantıda hələ ki, Çində alovlanan koronavirusun beynəlxalq və ümumdünya səviyyəsində epidemik təhlükəli olmaması barədə qərar verilib.

Qeyd edək ki, bu vaxta qədər ÜST 5 virusu qlobal təhlükəli hesab edib: H1N1 virusu, Ebola virusu, polimielit, Zika virusu, Afrikada qızdırma epidemiyasını.

Lakin ÜST bildirir ki, hadisələrin gedişi koronavirusun yaxın zamanda qloballaşacağını göstərəcək. Çində vəziyyət fövqəladədir. Qlobal təhlükə ola bilər – deyə ÜST direktoru Tedros Adxan bildirib.


Çin hazırda virusun mənbəyi olan 2 epimərkəz Yuxan və Huanqan şəhərlərinə gediş –gəlişi bağlayıb. Hazırda 650 nəfər bu virusa yoluxub. Yoluxanlar xəstəxanalarda təcrid şəraitində saxlanılır. Yoluxanların sayının artacağını nəzərə alıb ayrıca xəstəxana tikilir.