Dünyada 11 milyard doza kovid peyvəndi vurulub

  • 2022.03.14 18:24
  • 1662 Baxış
Dünyada 11 milyard doza    kovid peyvəndi vurulub

Bu günədək 184 ölkədə COVID-19 əleyinə 10,9 milyard doza vaksin vurulub.


Medicina.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin yayımladığı hesabatda deyilir.

Qeyd olunur ki, hər gün dünyada orta hesabla 21,3 milyon doza vaksin vurulur. Bu templə davam edəcəyi təqdirdə növbəti 9 ay ərzində dünya əhalisinin 75 faizi peyvənd olunacaq.

"Bloomberg"in hesablamalarına əsasən, ölkələr arasında ən çox vaksin Çində vurulub - 3,2 milyard doza. Bu, ölkədə əhalinin 87,3 faizinin tam vaksin olunduğunu bildirir. Bu göstərici Fransada 80,6 faiz, Yaponiyada 79,8 faizə bərabərdir
Eyni zamanda, Konqo Demokratik Respublikasında əhalinin 0,5 faizi, Çad və Haitidə 0,9 faizi tam vaksin olunub.


Qeyd edək ki, dünyada bu günədək 457 milyona yaxın şəxs koronavirusa yoluxub, ölənlərin sayı 6 milyona çatıb.