Cons Hopkins Universitetinin tədqiqatçıları süni intellektlə işləyən cərrahi robot olan SRT-H-ın ilk dəfə insan müdaxiləsi olmadan real və mürəkkəb bir əməliyyatı uğurla başa vurduğunu açıqladılar.
Medicina.az xəbər verir ko, robot səs əmrlərini başa düşərək və dəyişən anatomik şərtlərə uyğunlaşaraq öd kisəsinin çıxarılması əməliyyatını həyata keçirdi.
Cərrahi videolar və altyazılarla təlim keçən SRT-H, damar tanıma, klip yerləşdirmə və toxuma kəsmə kimi prosedurları yüksək dəqiqliklə yerinə yetirdi.
Bu, real xəstə əməliyyatlarında cərrahi robotların gələcəkdə istifadəsinə doğru əhəmiyyətli bir addım hesab olunur. Tədqiqatın nəticələri Science Robotics jurnalında dərc edilib.
Aygün
Medicina.az