Dünyada koronavirusa rekord yoluxma qeydə alındı

  • 2020.11.07 00:10
  • 26639 Baxış
Dünyada koronavirusa rekord yoluxma qeydə alındı
Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 581 min artaraq 48,53 milyonu ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, bu, pandemiyanın başlanğıcından bir gün ərzində rekord yoluxmadır. Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 8 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,23 milyon nəfəri ötüb.

Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 48 534 508 yoluxma və 1 231 017 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanlarınların sayı bir gün ərzində 581 679 nəfər, ölənlərin sayı 8 899 nəfər artıb.