Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatdı

  • 2020.05.29 16:12
  • 1049 Baxış
Dünyada koronavirusa yoluxanların sayı 6 milyona çatdı


Dünyada koronavirus pandemiyasına yoluxanların sayı sürətlə artır.

Son statistikaya əsasən 213 ölkədə bu günə qədər ümumilikdə 5 milyon 910 min 145 nəfər COVID-19-a yoluxub.

362 min 114 insan epidemiyanın qurbanı olub. 2 milyon 583 min 502 nəfər isə sağalıb.

Virusa yoluxan ölkələrin siyahısında ilk yerdə yenə də ABŞ qərarlaşıb (1 milyon 768 min 461 yoluxma, 103 min 330 ölüm faktı qeydə alınıb)