Dünyada su qıtlığı olacaq, gücümüzü birləşdirməsək... - Dalay Lamadan Müraciət

  • 2021.04.23 16:41
  • 1669 Baxış
Dünyada su qıtlığı olacaq, gücümüzü birləşdirməsək...    - Dalay Lamadan Müraciət

Tibet lideri Dalay Lama qlobal istiləşmə və su çatışmazlığı ilə əlaqədar Yer kürəsinin sakinlərinə müraciət edib

Medicina.az xəbər verir ki, DalayLama qlobal istiləşmə və içməli suyun çatışmazlığı problemi ilə əlaqədar həyəcan təbili çalıb.

Dini lider qeyd edib ki, bu gün ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar qlobal istiləşmə və ozon qatının nazikləşməsi kimi ümumbəşəri problemin həllində aciz qalıb.

“Gücümüzü birləşdirməsək, çətinlikləri həll edə bilməyəcəyik. Yer kürəsi bizə universal məsuliyyət dərsi keçir”, – D.Lama qeyd edib.

Tibetin dini lideri dünyanın bir çox yerində insanların kəskin su çatışmazlığı probleminə, sanitar-gigiyenik şəraitsizliyinə və tibbi xidmətdən yaralanmaq hüququna sahib ola bilməməsinə toxunub.

Qeyd edək ki, BMT 1992-ci ildə qərar qəbul edərək aprelin 22-ni Ana-Yer Kürəsi Günü elan edib.