Dünyada virusa yoluxma statistikası: 95 milyona çatır

  • 21 Yan 2021 10:40
  • 367 Baxış
Dünyada virusa yoluxma statistikası: 95 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 496 min 206 nəfər yeni koronavirusa yoluxub, 12 min 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 94 milyon 963 min 847, ölənlərin isə 2 milyon 50 min 857 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.