Dünyada yeni təlaş: Eris ştammı yayılır- Nə etməli?

  • 2023.08.16 16:06
  • 4896 Baxış
Dünyada yeni təlaş: Eris ştammı yayılır - Nə etməli?
ÜST-nin məlumatına görə, yeni ştammın qlobal yayılması bir ay ərzində 7,6%-dən 17,4%-ə yüksəlib; bu virus digər variantlardan daha sürətli yayılır. Hazırda bir çox ölkələrdə “Eris” aşkarlanıb və ən çox yoluxma Çin, ABŞ, Böyük Britaniya, həmçinin Avropa və Asiyada qeydə alınıb.


"Medicina" xəbər verir ki, nütəxəssislərin ehtimalına görə, payız-qış aylarında yeni epidemiya baş verə bilər.

Xəstəliyin əlamətləri əvvəlki variantlar ilə oxşardı: öskürək, burun axması, qızdırma, angina, təngnəfəslik və s. Qorxulu məqam xəstəliyin fəsadlaşıb ağır nəticələrə səbəb ola bilməsidir.

Fəsadlar immun sistemin vəziyyəti ilə birbaşa əlaqəlidir. Virusun yarımnövləri mutasiyaya uğradığı üçün, əvvəlki yoluxma zamanı əldə olunmuş immunitet köməyə çata bilmir. Lakin ölkəmizdə təşvişə əsas yoxdur. Yeni ştamla yoluxma riski immun müqavimətin səviyyəsindən birbaşa asılıdır. Bu baxımdan immun sistemini virusa qarşı gücləndirən Yüksəkdozalı vitamin C infeksiyanın həm profilaktika, həm də müalicəsi üçün istifadə edilə bilər.


Məhz Covid -19 pandemiyası zamanı ölkəmizdə istər ağırlaşmış xəstələrə (xəstəxana şəraitində müalicə alan), istərsə də evdə müalicə alan xəstələrə Yüksəkdozalı vit C geniş tətbiq olundu (çünki, o dönəmdə Covid -19 daha geniş yayılan və inkişaf etmiş ölkələrdə müalicədə Yüksəkdozalı vit C-ni geniş istifadə etdilər və bütün dünyaya açıqlama verdilər ki, Yüksəkdozalı vit C xəstələr arasında ağırlaşma və ölüm hallarını əhəmiyyətli dərəcədə azaldır).

Covid -19 pandemiyası zamanı əhali sayına görə Azərbaycan ən az ölüm halları olan ölkələr sırasında oldu. Hazırda da ölkəmizdə “Pascorbin” markası altında qeydə alınmış Yüksəkdozalı vitamin C var ki, bu da əhalimizin sağlamlığının qorunması üçün çox əhəmiyyətlidir. Xəstəliyin ilk əlamətlərində 3-5 gün müddətində ardıcıl istifadəsi immun sistemini virusa qarşı dayanıqlı edib, çoxsaylı ağırlaşmaları önləməyə imkan verir.


İstifadə qaydası: 12 yaşdan yuxarı: 1 flakon Pascorbin (7,5 g - 50 ml) 100 ml 0,9%-li NaCl ilə durulaşdırılıb venadaxili damcı üsulu ilə asta yeridilir.

12 yaşdan aşağı həkimin xüsusi təyinatı ilə tətbiq edilir.

Əks göstərişlər: hamiləlik, laktasiya dövrü, G6PD fermenti çatışmazlığı, oksalat mənşəli böyrək daşları.


Aygün Musayeva